Türkiyə Super Liqasının 31-ci turunda "Qalatasaray"ın öz meydanında "Rizespor"a 3:4 hesabı ilə uduzması ölkə mətbuatında əməlli-başlı səs-küyə səbəb olub.
Offsideplus.az xəbər verir ki, bir çox mətbu orqanların qələm sahibləri "cim-bom"u tənqid etməkdən "doymur".
Bu mənada daha bir yazı "Sabah" nəşrinin əməkdaşı Hıncal Uluçdan gəlib. O, baş məşqçi Fatih Terimi, futbolçuları və ən əsas qapıçı Musleranı "baltalayıb".
Hıncal yazısında 67 yaşlı baş məşqçinin taktiki cəhətdən xeyli səhvlərə yol verdiyini qeyd edib. O, Terimin rotasiyalarını "axmaqlıq" adlandırıb.
Köşə yazarı Fernando Musleranın ayağının "top tutmadığını" deyib. Qapıdan vurulan zərbələr zamanı uruqvaylı qolkiperin səhvlərini qabardan Hıncal Fatih Terimin bu məsələyə çarə qılmalı olduğunu deyib.