Türkiyə Super Liqasının 31-ci turunda keçirilən "Qalatasaray" - "Rizespor" matçının (3:4) sonlarında yaşananlara görə, "cim-bom"un baş məşqçisi Fatih Terimi ağır cəza gözləyir.
Offsideplus.az xəbər verir ki, məsələ Türkiyə Futbol Federasiyasının İntizam Komitəsində müzakirəyə çıxarılıb.
Belə ki, 67 yaşlı mütəxəssisin "Şəxslərə qarşı hücum", "Həqarət və təhdid" maddələri ilə 3 oyundan 7 oyunadək cəzalandırılacağı gözlənilir.
Bu cəzanın pul cəriməsi ilə əvəzlənməsi isə mümkün deyil.
Xatırladaq ki, görüşün sonlarında Fatih Terim rəqib komandanın əməkdaşlarının səsləndirdiyi fikirlərdən sonra onlara hücum çəkmişdi. Onunla bərabər Ümit Davala da İntizam Komitəsi tərəfindən cəzalandırılacaq.