"Fənərbağça" klubu davamlı uğursuzluq fonunda hazırkı baş məşqçisi Erol Bulutu istefaya göndərə bilər.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisində bu posta namizəd kimi Marselo Bielsa göstərilir.

Yayılan məlumatlara görə, "sarı-larcivərtlər" İngiltərənin "Lids Yunayted" klubunun argentinalı çalışdırıcısını Erol Bulutla əvəzləyə bilər. Uzun müddətdən sonra elitaya vəsiqə qazanan "Lids" hazırda Premyer Liqada turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

2018-ci ildən Yorkşir təmsilçisini çalışdıran 65 yaşlı mütəxəssisin klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Hətta, "Fənərbağça" azarkeşləri Bielsanın komandaya gəlməsi üçün həştəq açıblar.