"Trabzonspor" "Kasımpaşa"nın futbolçusu ilə güclənəcək.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, yay transferləri üçün çalışmalara erkən start verən qaradənizlilər Fode Koyte ilə razılığa gəlib. 30 yaşlı hücumçunun "Kasımpaşa" ilə müqaviləsinin müddəti yayda başa çatacaq deyə, "Trabzonspor"a pulsuz başa gələcək. Mənbənin məlumatına görə, tərəflər arasında telefon danışığı olub və bütün şərtlər razılaşdırılıb.
Qeyd edək ki, "Kasımpaşa" rəhbərliyi 2015-ci ildən əməkdaşlıq etdiyi 30 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəsə də, Koyte təklifi rədd edib.