"Fənərbağça"nın qapıçısı Altay Bayındır Avropa klublarının hədəfindədir.

Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, bu barədə 22 yaşlı futbolçunun "Ankaragücü"ndə baş məşqçisi olmuş Mustafa Kaplan məlumat verib. O bildirib ki, Bayındırla artıq xeyli vaxtdır iki Belçika klubu - "Anderlext" və "Standart" maraqlanır: "Altay Ankaragücü"ndə oynayanda "Kayserispor"la səfər matçına yollanmışdıq. Belçikadan "Anderlext" və "Standart" skautları qapıçımızı izləməyə gəlmişdi. Hətta alman komandaları da yaxından izləyirdi. "Fənərbağça"nın transfer etdiyi dönəmdə, Bayındırı "Beşiktaş"la "Başakşehir" də istəyirdi. Bu dəqiqə Altayı İspaniya və İngiltərə klublarının yaxından izlədiyini bilirəm. Yaxın vaxtlarda Avropada çox yaxşı bir komandanın qapısını qoruyacaq".

Qeyd edək ki, 2016-2019-cu illər aralığında "Ankaragücü"nun formasını geyinən qapıçı 2019-dan bu yana "Fənərbağça"nın "çərçivə"sini qoruyur.