"Qalatasaray" klubunun futbolçusu Kristian Luyindama cəzalı duruma düşüb.
Offsideplus.az xəbər verir ki, "cim-bom"un "Çaykur Rizespor"la matçında (3:4) sarı vərəqə alan 27 yaşlı müdafiəçi cari mövsümdə 4-cü dəfə rəsmi xəbərdarlıq alıb.
Bununla da, konqolu futbolçu növbəti turda "Hatayspor"la oyunda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Luyindama bu mövsüm 21 qarşılaşmada iştirak edib.
Əlavə edək ki, meydan sahiblərinin futbolçusu DeAndre Yedlin 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.