Türkiyə Super Liqasında mübarizə aparan "Fatih Karagümrük" yeni baş məşqçinin adını açıqlayacaq. 

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şenol Canın postundan ayrılmasından sonra 37 yaşlı məşqçinin yerinə italyan mütəxəssis gətiriləcək. Bu, Françesko Fariolidir. Adıçəkilən mütəxəssisin bu gün ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Farioli "Alanyaspor"da köməkçi-məşqçi işləyirdi.