Türkiyə Super Liqasında çempionluq yarışını davam etdirən "Beşiktaş" növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "qara qartallar" istədiyi oyunçunu Portuqaliyada tapıb.
Belə ki, İstanbul təmsilçisi "Portimonense"də çıxış edən və "İkinci Haaland" adlandırılan Betonu sıralarına qatmaq istəyir.
Komandanın baş məşqçisi Sərgən Yalçın 23 yaşlı mərkəz hücumçusunu öz sərəncamında görmək niyyətindədir.
"Beşiktaş" sözügedən futbolçu üçün qarşı tərəfə 5 milyon avro təklif edib.
Qeyd edək ki, bu mövsüm "Portimonense" formasında 19 oyuna çıxan Beto 7 qol vurub, 1 məhsuldar ötürmə verib.