Uğursuz çıxışı ilə yadda qalan "Fənərbağça"da bütün diqqətlər baş məşqçi Erol Buluta yönəlib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis istefa barədə düşünmür.
"Sabah" nəşrində yer alan xəbərə görə, çalışdırıcı bütün diqqətini bazar günü "Beşiktaş"la oynanılacaq matça yönəldib.
Belə ki, Erol Bulut həmin qarşılaşmada "sarı-larcivərtlər"in qələbə qazanıb yenidən çempionluq yarışına girəcəyini ümid edir.
O, istefası barədə verilən suala "Bu barədə düşünmürəm. "Fənərbağça" pis futbol sərgiləmir. Statistika da mənim xeyrimədir. Sadəcə qol vurma problemini həll etməliyik" - cavabını verib.
Qeyd edək ki, sözügedən baş məşqçi ötən ildən İstanbul nəhənginin "sükanı arxasındadır".