"Qalatasaray" təcrübəli qapıçı Fernando Muslera ilə 2024-cü ilin yayına qədər hesablanmış yeni müqavilə imzaladı.
Offsideplus.az xəbər verir ki, imzalanma mərasimində Kristian Luyindama ilə Markaonun da taleyinə aydınlıq gəlib. Jurnalistlərin klubun ikinci başqanı Abdurrahim Albayraka bu iki futbolçuyla bağlı ünvanladığı suala bu cür cavab gəlib: "Luyindama və Markao ilə yeni müqavilə şərtlərində sona yaxınlaşdıq. İnşallah, bu Muslera imzasından sonra qarşıdakı həftələrdə onların imzasını da Mustafa Cengizin masasına qoyacağıq".
Qeyd edək ki, hər iki müdafiəçi ilə maraqlanan klublar var.