Türkiyə Super Liqasında gözlənilməz ayrılıq yaşanıb.
Offsideplus.az "Fatih Karagümrük"ün rəsmi saytına istinadla xəbər verir ki, Şenol Canla yollar ayrılıb. Klub rəhbərliyi baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 37 yaşlı mütəxəssis baş məşqçi postuna ötən ilin yayında keçmişdi.