Bu günlərdə sürpriz şəkildə "Qalatasaray"la yolları ayrılan Yunes Belhanda Türkiyəni tərk etməyə bilər.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçisi "Başakşəhər"lə anlaşmaq üzrədir.
Futbolçunun meneceri Uilyam D'Avila hazırda İstanbul təmsilçisinin rəhbərliyi ilə əlaqə yaradıb. Belhandanın İstanbulu çox sevdiyi və şəhəri tərk etmək istəmədiyi bildirilir.
"Başakşəhər"in baş məşqçisi Aykut Kocaman da futbolçunu komandada görmək istəyir.
Türkiyə mətbuatının yazdığına görə, sözügedən futbolçunun illik maaşı 1.5 milyon avro olacaq.