"Fənərbağça" "Gençlerbirliyi" ilə oyunun hazırlıqlarını davam etdirdiyi gündə Emre Belözoğlu jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Can Bartu Təsislərində media mənsubları ilə görüş zamanı klubla bağlı önəmli məqamlara toxunan idman direktoru sosial mediada özünün istefası ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib: "Mən "Fənərbağça"lıyam, bu üzdən başqanımız Ali Koç və mehriban camiəmizlə uzun bir yola çıxmışıq. Vermiş olduğum sözə uyğun olaraq "Fənərbağça" və "Fənərbağça"lıları xoşbəxt etmək üçün bütün bacarığımı ortaya qoyuram və qoymaqda davam edəcəm.
Mənim adımı ortaya atmaqla kluba ziyan vermək ənənəsi hələ futbol oynadığım dönəmdən davam edir və bu gün də var. Kobud cavab vermək istəmirəm. Belə deyim, nəticələrin necə olmasından asılı olmayaraq, sona qədər başqanımızın və camiəmizin yanında olacam".
Qeyd edək ki, son vaxtlar "Fənərbağça"nın çempion olmayacağı təqdirdə transferlərin gerçəkləşməsində əsas rol oynamış Emre Belözoğlunun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.