"Qalatasaray" Yunes Belhanda ilə müqaviləyə birtərəfli şəkildə xitam verdi.
Mərakeşli futbolçu sosial şəbəkədə yazdığı sözlərin güdazına getdi. İndi sual doğuran əsas məqam "10 nömrə"ni kimin əvəzləyəcəyidir.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi yeni oyun qurucusu ilə bağlı qısa siyahı hazırlayıb. Həmin siyahıda 4 futbolçunun adı var ki, yaxın günlərdə həm özləri, həm də agentləri ilə danışıqlara start veriləcək.
Bunlar PSJ ilə müqaviləsini yeniləməyən Yulian Draksler, "Braqantino"dan Klaudinyo, "Portu"dan Otavio və "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Xuan Matadır.
Qeyd edək ki, Klaudinyo ilə Otavionun agentləri ilə danışıqlara start verilib.