"Gənclərbirliyi" klubunun yeni çalışdırıcısı açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Özcan Bizati komandanın yeni baş məşqçisi olub. Ona, Ümit Bozkurt, Recep Karatepe və Recep Öztürk kömək edəcək. 

53 yaşlı mütəxəssis bu vəzifədə 2 gün öncə istefaya göndərilmiş Mehmet Altıparmakı əvəzləyib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.