Türkiyə Super Liqasının 29-cu turunda "Fənərbağça"nı qəbul edən "Konyaspor" 0:3 hesabı ilə uduzub.
Sonuncu qol isə meydan sahiblərinin qapıçısı İbrahim Şehiçin "ayağına yazılıb". Belə ki, qolkiper küncdən ötürülən topu əlindən buraxıb və Sərdar Aziz fürsəti boşa verməyib.