Emre Belözoğlunun "Fənərbağça"dan ayrıldığı xəbəri gündəm olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Akşam" məlumat yayıb. "Fənər"in idman direktorunun klubun bazasından əşyalarını toplayıb, ayrıldığı iddia olunur. Klubu tərk edən sabiq futbolçu məşq toplanışlarını da izləməyib. "Sarı-lacivərtlər"in prezidenti Ali Koçun Emreni istefa fikrindən daşındırmağa çalışdığı bildirilir.
Qeyd edək ki, klub "Tvitter" hesabında "Sonuna qədər "Fənərbağça"!" başlığı ilə Emre Belözoğlunun fotosunu paylaşıb. Bununla da istefa iddialarına son qoyulub.