Türkiyə Super Liqasının 29-cu turunda "Qaziantep"lə qarşılaşan "Beşiktaş" 2:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, həmin matçda meydan sahiblərinin baş məşqçisi Sərgən Yalçın cəzalı duruma düşüb.
Belə ki, qarşılaşmanın 52-ci dəqiqəsində sarı vərəqə alan mütəxəssis növbəti tur komandasının başında yer almayacaq.
Bununla birgə toplam 4-cü sarı vərəqəsini alan çalışdırıcı 30-cu turda "Başakşəhər"lə oyunda texniki zonada olmayacaq.