Məşhur türkiyəli futbol şərhçisi Rıdvan Dilmen peşəsi ilə vidalaşıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilmen, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Keçmiş futbolçu qərarını son vaxtlar özünə və ailəsinə qarşı böhtanlarla əlaqələndirib.
O, yaxın vaxtlarda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.