"Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədin cəzası bəlli olub.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkar Nizam-intizam Komitəsi 23 yaşlı hücumçuya son oyunda aldığı birbaşa qırmızı vərəqə səbəbilə sadəcə 1 oyunluq cəza kəsib. Bundan başqa, futbolçu 13 min türk lirəsi məbləğində cərimə edilib.
Bu cəza "Qalatasaray" rəhbərliyi tərəfindən narazılığa səbəb olub.
Xatırladaq ki, misirli forvard Super Liqanın 28-ci turunda səfərdə "Ankaragücü" ilə keçirilən oyunda (2:1) birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.