"Fənərbağça"nın aparıcı futbolçusundan xəbər var.
Offsideplus.az klub saytındakı məlumata əsasən xəbər verir ki, Luiz Qustavo zədəsini sağaldıb. Artıq kollektiv çalışmalara qoşulan braziliyalı ulduz özünü yaxşı hiss etsə də, "Konyaspor"la səfər matçında meydana çıxacağı inandırıcı deyil. Oynamaq üçün Qustavo itirdiyi gücü bərpa etməlidir ki, bu da bir neçə gün vaxt alacaq.
Qeyd edək ki, "Fənər"in "ürəyi" ötən ay "Hatayspor"la görüşdə ağır zədə almışdı.