"Fənərbağça"nın futbolçusu Məsut Özil "Antalyaspor"la oyunda (1:1) zədələnib.

Offsideplus.az xəbər verir ki, matçın ikinci yarısında xəsarət alan 32 yaşlı yarımmüdafiəçi meydançanı xərəkdə tərk edib. Topuğundan zədələnən Özil ən azı 1 aylıq sıradan çıxıb. Bu barədə klubun rəsmi daytı məlumat yayıb.

Qeyd edək ki, 66-cı dəqiqədə Özili əvəzləyən İrfan Can Kahveci yeni komandası ilə ilk oyununa çıxıb.