Mövsüm sona yaxınlaşdıqca klublar yay transferləri ilə bağlı planlar cızır.

Türkiyə Super Liqasının təmsilçiləri də bu baxımdan fəal təsir bağışlayır. Çempionluq uğrunda mübarizə aparan İstanbul nəhəngləri, o cümlədən “Trabzonspor” rəhbərliyi artıq indidən maraq dairələrində olan futbolçular və onların agentləri ilə danışıqlara başlayıb. Türkiyəli həmkarlarımız "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray"ın gizli təmas qurduğu tanınmış oyunçuların adlarını açıqlayıb.

Offsideplus.az çempionluq savaşına girən “üç böyüy”ün transfer siyahısındakı adları təqdim edir.

Beşiktaş

Cari mövsümdə “Fatih Karagümrük”ün heyətində meydana çıxdığı 25 görüşdə 8 qol vurub, 5 məhsuldar ötürməyə imza atan Alassane Ndao “qara qartal”ın əsas hədəfidir. Seneqallı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2022-nin iyununa qədərdir.

Fənərbağça

Atilla Szalayın müdafiənin “solu”nda uğurlu təsir bağışlaması klub rəhbərliyini müdafiənin mərkəzini gücləndirməyə vadar edir. Odur ki, Emre Belözoğlunu gözünü “Milan”ın futbolçusuna dikib. Hədəfdə Danimarka millisinin üzvü Simon Kyaerdir. “Milan”la 2022-nin yayında başa çatacaq müqaviləni yeniləməyən 31 yaşlı müdafiəçinin sözləşməsinin müddəti yayda başa çatır. Kyaer cari mövsümdə bütün yarışlar daxil 26 matçda qırmızı-qara rəngli formanı geyinib.Simonun sabiq komandasında qayıtmaqda maraqlı olduğu deyilir.

Galatasaray

“Sarı-qırmızılar”ın əsas boşluğu yarımmüdafiə xətti ilə bağlıdır. Fatih Terim də yayda bu mövqeyin gücləndirilməsini istəyir. Lakin bir şərtlə: təcrübəli futbolçu alınmalıdır! Hədəfdə Arturo Vidaldır. Türkiyə mətbuatında “Qalatasaray” rəsmilərinin çilili məşhurun agenti ilə görüşdüyünə dair iddialar var. Mesut Özilin karyerasını Türkiyədə davam etdirməyə razılıq verməsindən sonra Vidalın “Qalatasaray”a “hə” deyəcəyi inandırıcıdır. Üstəlik, “İnter”lə müqaviləsinin müddəti yayda bitir.