"Qalatasaray" futbolçusu Yunes Belhandaya yeni müqavilə təklifi göndərib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-bom" mərakeşli yarımmüdafiəçiyə illik 1,7 milyon maaşla yeni anlaşma təklif edib. Hazırda 3 milyon 350 min maaş alan 31 yaşlı futbolçunun cavabı gözlənilir. Az maaşa razılaşmayacağı halda klub israr etməyəcək və Belahanda iyunda komandanı tərk edəcək.
Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən bəri "Qalatasaray"da çıxış edir.