Yeni mövsümdən etibarən "Ayntraxt"da çıxış edəcək Ali Akman transferindəki Ozan Kabak detalından söz açıb.

Offsideplus.az "TamSaha" dərgisinə istinadən xəbər verir ki, 18 yaşlı forvard Bundesliqa təmsilçisi ilə razılaşmadan öncə "Liverpul"un müdafiəçisi Ozan Kabakla əlaqə saxlayıb.  Akman Kabakın bir-iki kəliməsinin onun üçün yetərli olduğunu açıqlayıb:

"Mənə bir-iki cümləsi bəs etdi. "Bura çox fərqlidir. Gələndə özün də görəcəksən. Heç düşünmə də", sözləri qərar verməyimə böyük təsir göstərdi".