"Qalatasaray"ın baş məşqçisi Fatih Terim də daxil olmaqla bir çox tanınmış şəxslərə zəng edərək aldatmağa çalışdığı bildirilən 5 nəfər saxlanılıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan üçü ifadə verdikdən sonra sərbəst buraxılsa da, digər ikisi məhkəməyə göndərilib. Bu şəxslər özlərini vali və ya bələdiyyə sədri adlandıraraq məşhur şəxslərə zəng edərək onlardan xeyriyyə məqsədli yardımlar almağa çalışıb.
Fırıldaqçıların aldatmağa çalışdığı 16 məşhur arasında "Qalatasaray"ın baş məşqçisi Fatih Terim də yer alıb. Təcrübəli mütəxəssisin şəxsi nömrəsinə zəng edərək ondan qan xərçəngi olan uşaqların müalicəsi üçün pul istəyiblər. Vəziyyətin nə yerdə olduğunu başa düşən Terim dərhal polisə müraciət edib.