Türkiyə Superliqasının 16-cı turunda "Göztəpə"yə uduzan "Fənərbağça"nın baş məşqçisi Erol Bulutla yollarını ayıracağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, sabah baş tutacaq "Trabzonspor"la oyunun nəticəsi 46 yaşlı mütəxəssisin taleyinə təsir edəcək. Türkiyə mətbuatında Erol Bulutun gedişi baş tutarsa, yerinə gələcək mümkün baş məşqçilərin adları açıqlanıb.
İlk olaraq, Kristof Daum nəzərdə tutulsa da, almaniyalı çalışdırıcı açıqlama verərək rəsmi təklif almadığını bəyan edib.
Bundan əlavə, Arsen Venger "Fənərbağça"nın yeni baş məşqçisi olacağı barədə iddialarla gündəmə gəlib. Məsut Özilin keçmiş çalışdırıcısını yeni klubunda görmək istədiyini bildirilir.