“Hatayspor” klubu baş məşqçisi Ömər Ərdoğanın müqaviləsinin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Ərdoğan ötən ilin avqustundan “Hatayspor”u çalışdırır.
Onun rəhbərlik etdiyi komanda Super Liqada 6-cı sıradadır.