"Qalatasaray" klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" PSJ-nin futbolçusuna "elçi" düşüb.

Belə ki, "sarı-qırmızılar" Fransa klubunun məşhur oyunçusu Yulian Draksleri heyətinə qatmaq niyyətindədir.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin oyununu çox bəyənir və israrla onu öz sərəncamında görmək istəyir.

Yayılan xəbərlərə görə, Falkao və Belhandanın göndərilməsindən sonra əldə edilən vəsait hesabına Drakslerin Türkiyə nəhənginə keçidi həll ediləcək.

Qeyd edək ki, Almaniya yığmasının da üzvü olan Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Sözügedən futbolçu Paris təmsilçisi ilə başa çatan müqaviləsinin müddətini yeniləməyib.