"Fənərbağça" növbəti mövsüm üçün ilk transferini həyata keçirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "A Spor"un şərhçisi Zeki Uzundurukan canlı yayındakı çıxışı zamanı məlumat verib. Həmkarımız "Hatayspor"un qabonlu hücumçusu Aaron Boupdenzanın "Fənərbağça" rəsmiləri ilə danışdığını və yayda "sarı-lacivərdlilər"lə müqavilə bağlamağa razılır verdiyini deyib. Tərəflər arasında ilkin müqavilə bağlandığı deyilir.
Qeyd edək ki, ötən yay "Hatayspor"la anlaşan Boupdenza cari Super Liqa mövsümündə meydana çıxdığı 23 oyunda 18 qol vurub. Hazırda Türkiyə çempionatının ən sərrast futbolçusudur.