"Milan" klubunun türkiyəli futbolçusu Hakan Çalhanoğlu sosial şəbəkədə yazdığı şərhlə "Qalatasaray" azarkeşlərini həyəcanlandırıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Qalatasaray" klubunun rsmi "instagram" hesabından etdiyi paylaşımın şərh bölməsinə komandanın adını və "ürək" stikeri atıb.

Çalhanoğlunun bu hərəkəti "cim-bom" azarkeşlərinin böyük rəğbətini qazanıb.

Qeyd edək ki, Türkiyə mediasında sözügedən futbolçunun "Qalatasaray"a mümkün transferi barədə xəbərlər yayılıb. Məlumata görə, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim tez-tez Hakanla əlaqə saxlayır.

6037a19dae298b82a042ce3f