"Bavariya"nın ulduzu Jerom Boatenq "Fənərbağça"ya keçə bilər.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, mümkün keçid "sarı-lacivərtlər"in yarımmüdafiəçisi Məsut Özilin köməyi ilə baş tuta bilər. Belə ki, Özilin Boatenqi "Fənər"ə dəvət etdiyi bildirilir.
Almaniya millisində birlikdə çıxış etmiş ikilinin yaxın münasibətlərinə görə, Boatenq Türkiyə təmsilçisinə keçə bilər.
Qeyd edək ki, Jerom Boatenqin "Bavariya" ilə anlaşması cari mövsümün sonu başa çatır.