Türkiyə 2-ci liqasında "Adanaspor" doğma meydanda "Giresunspor"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, ev sahiblərinin qapıçısı Goran Karaçiç 23-cü dəqiqədə yerə yıxılıb. Təzyiqi düşən 24 yaşlı qolkiper dərhal xəstəxanaya aparılıb.
Əvəzlənməsindən sonra torundan daha 3 qol keçən "Adanaspor" 0:4 hesabıyla doğma meydanda uduzub.