"Fənərbağça" klubu sabiq futbolçusunu yenidən komandaya qaytarmaq niyyətindədir.
Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-larcivərtlər" hazırda "Latsio"da çıxış edən Vedat Muriqini yenidən rənglərinə bağlamaq istəyir.
"Milliyyet" qəzetinin jurnalisti Şansal Büyüka 26 yaşlı hücumçu ilə dəfələrlə telefon danışıqlarının baş tutduğunu bildirib.
Onun yenidən "Fənərbağça"ya qayıtması üçün çaba göstərən şəxs isə klubun idman direktoru Emre Belözoğludur.
Məlumata görə, Emre bu günlərdə forvarda zəng edərək "Alo, mən Emre abin" deyib. Tərəflər mövsümün sonunda İstanbul klubu ilə anlaşmaq mövzusunda müzakirələr aparıb.
Qeyd edək ki, Muriqi ötən il "Latsio"ya transfer edilib.