Türkiyə Superliqasının 26-cı turunda "Fənərbağça" "Göztepe"yə 1:0 hesabıyla məğlub olması liderlik iddiasına zərbə vurdu.
Offsideplus.az xəbər verir ki, sosial şəbəklərdə tənqid hədəfi Sosa və Valensiya olub. "Sarı-lacivərtlər"in azarkeşləri Məsut Özilin "Real"da oynayan vaxtlarında Kriştiano Ronaldonun sərbəst vuruşları ona həvalə etdiyini xatırladıb.
"Məsut "Real"da, "Arsenal"da, Almaniya milli komandasında belə sərbəst vuruşları yerinə yetirirdi. Yeri gələndə, Kriştiano Ronaldi belə cərimə zərbələrini ona verirdi. Bizdə isə, Sosa və Valensiya topu ona vermir".
Bu cür tənqidlərdən sonra Məsut Özilin "Fənərbağça"nın oyunlarında küncdən zərbələri və sərbəst vuruşları öhdəsinə götürəcəyi gözlənilir.