Daha öncəki oyununda Türkiyə himnini oxumadığı üçün tənqidlərə məruz qalan Məsut Özil "Fənərbağça" - "Göztepe" matçında, nəhayət, "Milli marş"ı oxuyub.
Offsideplus.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri bu barədə tənqidi xəbər yayımlayıb. Məsut Özilin Almaniya millisi ilə oyunlarda himn oxunarkən ağzını açmadığını xatırladan mətbuat orqan yarımmüdafiəçinin bu sözlərini xatırladıb:
"Almaniya himni oxunarkən həmişə dua edirəm. Əminəm ki, bu dua mənə və komanda yoldaşlarıma güc və zəfər gətirəcək".
Bundan əlavə, nəşr daha öncə Özilin türk himni oxumadığı üçün tənqid hədəfi olduğunu da qeyd edib.