"Fənərbağça" PSJ-nin futbolçusunu heyətinə qatmağı düşünür.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumat Fransa mətbuatında yayılıb. Belə ki, fransızlar iddia edir ki, "sarı-lacivərtlər" Paris təmsilçisindən Anxel Di Mariyanı transfer etmək istəyir. Mövsümün sonunda PSJ ilə anlaşması başa çatan argentinalı ilə maraqlanan klublar arasında "Fənərbağça"nın adı da göstərilib.
Qeyd edək ki, Məsut Özil və Anxel Di Mariya İspaniya "Real"ında komanda yoldaşı olublar.