Abdulla Avcının gəlişindən sonra Super Liqada əla qrafik cızan heyət kasadlığından əziyyət çəkir.
7 nəfərin koronavirusa yoluxmağı, daha bir neçə futbolçunun zədəli olması baş məşqçinin işini çətinləşdirir.
Offsideplus.az xəbər verir ki, vəziyyətin çıxılmaz olması Avcının riskli və məcburi addım atmağa vadar edib. Belə ki, dünən keçirilən "Başakşehir" - "Trabznspor" qarşılaşmasında "çərçivə"ni gənc Kağan Moradaoğlu qoruyub. Bununla da yanvarın əvvəlində 18 yaşı tamam olan Kağan Super Liqa tarixində meydana çıxan ən gənc qapıçı kimi tarixə düşüb.
Qeyd edək ki, gərgin keçən oyunda Maradaoğlu qapısını toxunulmaz saxlayıb, "Trabzonspor" isə 1:0 hesabı ilə qalib gəlib.