Ötən gün baş tutan "Qalatasaray" - "Beşiktaş" (2:0) derbisindən sonra futbol şərhçiləri Ərman Toroğlu və Turqay Dəmir "Qara Qartal"ların baş məşqçisi Şenol Günəşlə bağlı şok açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, oyunu "A Spor"da şərh edən Ərman Toroğlu 65 yaşlı mütəxəssisin komandadan gedəcəyini bildirib:
"Vəziyyət budu: İqor Tudorun zamanındakı "Qalatasaray", Fatih Terimin zamanındakı "Qalatasaray". "Qalatasaray" çox qaçsa da, oyundan qopmadı. "Beşiktaş" isə 65-70-ci dəqiqədə qopdu. Şenol Günəşin sifətini görmədinizmi? 70-ci dəqiqədən sonra üzünə baxanda hər şey bəlli idi. O "Beşiktaş"ı bu mövsüm Avropa matçlarından başqa görə bilmədik. Şenol Günəş qalan 3 matçı keçirib gedəcək. Gələn mövsüm "Beşiktaş"da qalmayacaq. "Beşiktaş" artıq Abdullah Avcı ilə görüşlər başlayıb".
Eyni proqramda çıxış edən Turqay Dəmir isə bildirib ki, 65 yaşlı mütəxəssis karyerasını başa vurur: "Şenol Günəş "Beşiktaş" rəhbərliyinə "məşqçilikdən gedirəm" deyib". (fanat.az)