"Beşiktaş" daha bir ciddi itki yaşayıb.
Offsideplus.az xəbər verir ki, çıxdığı ilk oyunda iki qolla yadda qalan Cenk Tosun xəsarət alıb. Dizində ağrılar hiss edən 29 yaşlı hücumçunun 2 həftəlik sıradan çıxdığı bildirilir.
Xatırladaq ki, Tosun qış transfer dönəmində icarə əsasında "Everton"dan "Beşiktaş"a keçib.