Türkiyənin "Qalatasaray" klubunun futbolçusu ilə "Kristal Palas" yaxından maraqlanır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 oyuna 4 qol vuran Mustafa Mohamed İngiltərə təmsilçisinin hədəfindədir. 23 yaşlı misirli futbolçunun "Alanyaspor"la matçda izləniləcəyi bildirilir.

Qeyd edək ki, "Cim-bom" 1,5 mövsüm üçün 2 milyon dollara icarəyə aldığı hücumçunu 4 milyona birbaşa transfer edə bilər.