"Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın qırılan ayağında davamlı ağrılar olur.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı uruqvaylı qolkiper soyuq havalar səbəbindən ayağında kəskin ağrılar hiss edir. Həkimlərin "davam etmə" xəbərdarlığına baxmayaraq, Muslera bu vəziyyətdə oyunlara çıxır.
Təcrübəli "əlcək ustası"nın bu hərəkəti Türkiyə mediasında böyük marağa səbəb olub. Mətbuat nümayəndələri onun bu hərəkətini "Qalatasaray" adına böyük fədakarlıq adlandırırlar.
Qeyd edək ki, "cim-bom"un baş məşqçisi Fatih Terim yayda Musleranın əvəzinə komandaya "Göztəpə"nin qapıçısı İrfan Can Eğribayatı gətirməyi planlaşdırır.
Xatırladaq ki, Musleranın ayağı ötən il Türkiyə çempionatının 27-ci turunda səfərdə "Rizespor"la oyunda rəqib futbolçu ilə toqquşma nəticəsində iki yerdən qırılıb.