"Qalaatsaray"da "Falkao bəlası" bitmək bilmir.
Türkiyəyə gəldiyi gündən adı zədələrlə hallanan Radamel Falkao indi də meydana çıxmaq istəmir.
Offsideplus.az xəbər verir ki, son 109 gündə vur-tut 36 dəqiqə meydanda olan kolumbiyalı hücumçunun hazırkı durumu yaxşıdır. Həkimlər Falkaonun meydana çıxacağına dair qərar verib. Məşqlərdə hamı kimi çalışır, baş məşqçinin tapşırıqlarını yerinə yetirir. Lakin oyuna çıxmaq istəmir. Hətta Türkiyə mətbuatı bununla bağlı səbəbkarın Fernando Muslera vasitəsi ilə Fatih Terimə mesaj göndərdiyini yazıb.
Səbəbsə növbəti dəfə zədələnməkdən qorxmasıdır. Tez-tez aldığı zədələrə görə psixoloji sarsıntı keçirən Radamel tam sağaldığına əmin deyil. Odur ki, özünü 100 faiz oynamağa hazır sayandan sonra meydana çıxacağını bildirib.
Artıq hər kəs ümidini ondan üzüb. "Qalatasaray"a gəldiyi gündən 4 oyunda 4 qol vuran Mustafa Mohamed indi gündəm adamıdır.