Bu mövsüm transfer bazarında əzəli rəqibi "Qalatasaray"la "kəllə-kəlləyə" gələn "Fənərbağça" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, son olaraq İrfan Can Kahvecini sıralarına qatan "sarı-larcivərtlilər"in bu dəfəki hədəfi "Fatih Karagümrük"ün oyunçusu Allasane Ndaodur.
İstanbul təmsilçisi 24 yaşlı seneqallı cinah oyunçusunu transfer etmək üçün artıq qarşı tərəf rəsmiləri ilə danışıqlara başlayıb.
"Fənərbağça" Ndaonu bu yay baş tutacaq transfer pəncərəsində heyətinə qatacaq.
Qeyd edək ki, sözügedən futbolçu ilə "Qalatasaray" da yaxından maraqlanır.