"Fənərbağça"nın Məsut Özilin imzaladığı 3 formanın hansı qiymətə satıldığı bəlli olub.

Offsideplus.az xəbər verir ki, ulduz yarımmüdafiəçinin təqdimat mərasimində imzaladığı formalardan "Fənərbağça"nın ümumilikdə 36 050 avro əldə etdiyi açıqlanıb. Belə ki, sarı-lacivərt zolaqlı ev forması 26 000, qızılı dizaynlı forma 4 800, lacivərt rəngli forma isə 5 250 avroya satılıb. 

"Matchwornshirt" saytında satışa çıxarılan zolaqlı forma rekord qiymətə alınıb. Belə ki, həmin futbolka Neymarın 13 000 avroluq PSJ formasını da geridə qoyub.