Türkiyə Superliqasının 25-ci turunda baş tutan "Qalatasaray" - "Kasımpaşa" matçı özündən söz etdirən VAR qərarı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, Kerem Aktürkoğlunun müdaxiləsindən sonra yerdə qalan Varganın həmin epizoduna görə penalti gözlənilib. VAR-a müraciət edən hakim "penalti yoxdur", qərarını verib. Buna həm "Kasımpaşa", həm də "Qalatasaray"ın əzəli rəqibi "Fənərbağça" münasibət bildirib:

"Kasımpaşa" futbolçusu Varganın epizoduna görə penalti verilməməsini futboluda qara ləkə adlandırıb.

"Fənərbağça" isə VAR qərarına etirazını bu sözlərlə bildirib: "Çirkli lobbi var, ayıb var, haqsızlıq var, ədalət yoxdur".