"Fənərbağça" klubunun baş məşqçi postu ilə bağlı maraqlı xəbər yayılıb.

Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlilər"in "sükanı" "Liverpul"un əfsanəvi oyunçusu, "Renycers"in hazırki baş məşqçisi Stiven Cerrarda həvalə edilə bilər. 

Bu barədə bir sıra Super Liqa klublarında idman direktoru kimi çalışmış Ozan Zeybek məlumat verib.

O, "Fənərbağça"nın hazırki baş məşqçisi Erol Bulutdan razı olmadığını və onunla yolların ayrılacağını ehtimal etdiyini bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisinin baş məşqçi vəzifəsinə Arsen Vengerin gətirilə biləcəyi barədə də xəbərlər yayılıb.