Millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” klubu Kipr çempionatının 34-cü turunda öz meydanında AEL-lə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, matça ehtiyat oyunçular skamyasında başlayan millimizin üzvü 63-cü dəqiqədə meydana daxil olub. Lakin Araz heç nə ilə komandasına kömək edə bilməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

 Qeyd edək ki, “Anortosis” 66 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.