Super Liqanın 25-ci turunda "Fatih Karagümrük"lə qarşılaşacaq "Fənərbağça"nın zədəli futbolçusu Marsel Tisseran sıralara qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən və ilk 15 dəqiqəsi mətbuata açıq olan məşqdə 28 yaşlı fransalı futbolçu da iştirak edib.

İstanbul təmsilçisinin digər zədəliləri - Novak, Qustavo və İrfan Can Kahveci isə fərdi şəkildə məşq ediblər.

Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 13-də keçiriləcək.