Türkiyə kubokunun 1/4 finalında "Başakşəhər"ə 1:2 hesabı ilə uduzaraq turnirdən kənarda qalan "Fənərbağça"da baş məşqçi dəyişikliyi ola bilər.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "sarı-larcivərtlilər" Erol Bulutu istefaya göndərməyə hazırlaşır.

Belə ki, İstanbul nəhəngi 46 yaşlı mütəxəssisi dünyaca məşhur çalışdırıcı Arsen Vengerlə əvəzləmək niyyətindədir.

Yayılan xəbərlərə görə, Məsut Özil vasitəsilə artıq Vengerlə onlayn danışıq da baş tutub.

Qeyd edək ki, uzun illər "Arsenal"ın baş məşqçisi olmuş Venger hazırda FİFA-nın Qlobal Futbol İnkşafı təşkilatının rəisidir.